EN

Savaşa girdilər - Gizlicə Rusiyada yerləşirlər

Rusiya Kursk vilayətində yerləşdirdiyi Şimali Koreya hərbçilərini gizlətməyə çalışır.

Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko deyib.

“Koreyalılar müxtəlif Rusiya bölmələri arasında bölüşdürülür. Rus formasındadırlar. Mümkün qədər maskalamağa, belə desək, tamhüquqlu ruslarla eyniləşdirməyə çalışırlar. Diqqətlə mövqelərə gətirməyə başlayıblar. Suca şəhərinin şimal, qərb və şərqində yerləşdiriliblər. Artıq Kurskda 11 mindən çox koreyalı var”, - Kovalenko bildirib.

Onun sözlərinə görə, hazırda Şimali Koreya hərbçilərinin əksəriyyəti real döyüş əməliyyatları şəraitində təlim keçir:

“Koreyalılar Ukraynanın şərqinə (Donbas) köçürüləcək Rusiya bölmələrini əvəzləməlidirlər. Plan belədir”.

Ukrayna Prezidenti Vladimir Zelenski bundan öncə Şimali Koreyadan olan 11 min hərbçinin Kurskda yerləşdirildiyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
38
1
teleqraf.com

2Sources