EN

İrana qarşı sanksiyaların daha da artırılması gözlənilir- ÖZƏL

"Donald Trampın prezident seçilməsi bütün dünyada yaxından izlənilən və dünya siyasətinə birbaşa və ya dolayı yolla təsir edəcək bir hadisədir. Çünki ABŞ bu gün dünyada fövqəl dövlətlərdən biridir". 

Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Ona görə də ABŞ prezidentinin qərarları və addımları hər zaman maraqla izlənir. Digər tərəfdən Trampın demokratlardan fərqli olaraq xarici siyasət konturları bir az daha fərqli olacaq. Tramp Rusiya və Ukrayna müharibəsinin sonlandırılması üçün diplomatik bir dönəm başladacaq. Çalışacaq ki, Ukrayna-Rusiya arasındakı münasibətlər zəifləsin. Digər tərəfdən Çinlə  ABŞ arasındakı ticarət rəqabəti daha da güclənəcək. Bu da Tayvan məsələsinə bir az daha təsir edəcək. İrana qarşı sanksiyaların daha da artırılmağı gözlənilir. Trampın birinci dönəmində də ABŞ-nin kursu bu idi. Bir də İsrail-Fələstin məsələsi var. Bilirik ki, Tramp birinci dönəmində barış planı həyata keçirmək istəyirdi və bütün konturlar hazır idi. Lakin Fələstin tərəfi bu planı qəbul etmədi. Planın reallaşıb reallaşmayacağını da gələcəkdə görəcəyik".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
23
olaylar.az

1Sources