EN

Jurnalistləri Müdafiə Komitəsi Fərid Mehralızadəni və digər jurnalistləri azad etməyə çağırıb

Jurnalistlərin Müdafiəsi üzrə Beynəlxalq Komitə Azərbaycanda “Abzas Media işi” üzrə həbs edilmiş iqtisadçı və jurnalist Fərid Mehralızadəni və haqsız yerə həbs cəzasına məhkum edilmiş digər media nümayəndələrini dərhal azad etməyə çağırıb.

"Jurnalistləri Müdafiəsi Komitəsi Azərbaycan hakimiyyətini bu ilin mayından valyuta qaçaqmalçılığı ittihamı ilə həbsdə olan iqtisadçı, ABŞ Konqresinin maliyyələşdirdiyi Azad Avropa/Azadlıq Radiosunun Azərbaycan xidmətinin jurnalisti Fərid Mehralızadəni dərhal azad etməyə çağırır", - Komitənin bəyanatında deyilir.

Oktyabrın 30-da Azad Avropa/Azadlıq Radiosu Mehralızadəni azad etməyə çağıran  bəyanat dərc edib. Onun nəşr üçün işi təhlükəsizlik məqsədilə mənbə göstərilmədən dərc edilib", - Komitə qeyd edib.

"Ən azı 15 jurnalistin potensial olaraq uzun müddət həbs cəzası ilə üzləşdiyi Azərbaycan Birləşmiş Millətlər Təşkilatının COP29 iqlim dəyişikliyi konfransını qəbul etməyə hazırlaşarkən, Mehralızadənin işi bir daha göstərir ki, bu ölkədə tənqidi baxışlara sahib olanların davamlı repressiyalara məruz qalması nə qədər də  gülüncdür", - Komitənin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Səid bildirib. "Azərbaycan hökuməti Mehralızadəni və haqsız yerə həbs edilmiş digər jurnalistləri COP29 öncəsi azad etməsə, beynəlxalq qınaqla üzləşməlidir", - o əlavə edib.

Mayın 30-da hüquq-mühafizə orqanlarının mülki geyimli əməkdaşları Bakı küçələrində Mehralızadəni tutaraq  başına torba keçiriblər və maşına itələyiblər. Təhlükəsizlik qüvvələri onun kompüterini, mobil telefonlarını və avtomobilini müsadirə ediblər, Komitə qeyd edib.

İyunun 1-də Bakı məhkəməsi korrupsiya faktlarını araşdıran “Abzas Media” nəşrinə qaşı valyuta qaçaqmalçılığı işi çərçivəsində Mehralızadəni həbs edib. Nəşrin altı jurnalisti də həbsdədir və məhkəməni gözləyirlər.  Həm “Abzas Media”, həm də Mehralızadə bu nəşr üçün çalışdığını inkar ediblər.

Mehralızadə Azərbaycanda bloklanmış və 2014-cü ildən xaricdən fəaliyyət göstərən "Azadlıq” radiosunda iqtisadi mövzuları işıqlandırıb. Onun xanımı Nərgiz Muxtarova Komitəyə bildirib ki, onun fikrincə, Mehralızadəni jurnalist fəaliyyətinə və müstəqil KİV-ə verdiyi müsahibələrə görə tutublar. O, həmin müsahibələrdə hökumətin siyasətini tənqid edib.

Avqustda hakimiyyət Mehralızadəyə və “Abzas Media”nın jurnalistlərinə qarşı yeddi yeni ittiham irəli sürüb. Bu ittihamlar 12 ilədək həbs cəzası ilə nəticələnə bilər.

Onlar Azərbaycan və Qərb arasında münasibətlərin pisləşməsi fonunda Azərbaycanın COP29 keçirdiyi ildən əvvəlki il Qərbdən donor maliyyəsi almaqda ittiham olunan 14 azərbaycanlı jurnalistin siyahısına dxildir. İki jurnalist məhkəmədən əvvəl girov müqabilində sərbəst buraxılıb, şərhçi Bəhruz Səmədov isə dövlətə xəyanət ittihamı ilə ilkin həbsdə saxlanılır, Komitənin bəyanatında deyilir.

Chosen
22
1
turan.az

2Sources