EN

Rusiya kəşfiyyatı: ABŞ Ermənistanı “milli intihara” sövq edir 

"ABŞ Dövlət Departamenti Ermənistanda qərbyönlü vətəndaş cəmiyyəti strukturlarının stimullaşdırılması üzrə işləri nəzərəçarpacaq dərəcədə sürətləndirib".
Adalet.az
xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

“ABŞ Ukrayna və Moldovada sınaqdan keçirilmiş sxemlərə əsasən, nəhayət, Ermənistanı qərbyönlü inkişaf kursuna keçirmək istəyir. Bu üsulla Vaşinqton Ermənistanı milli intihara sövq edir.  Çünki bu sxem  İrəvanı dəyərlərdən, ənənələrdən və sərfəli iqtisadi əlaqələrdən əl çəkməyə yönləndirir”.

 Qeyd edək ki, siyasi analitiklərin fikrincə, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID)  Ermənistana pul yardımını iki dəfədən çox - 120 milyon dollardan 250 milyon dollara qədər artırmaq qərarı sıradan bir hərəkət deyil. Bu maliyyə yardımı ayırması elə qələmə verilir ki, guya bu yardım humanitar məqsədlidir. Sözügedən “yardım” üçtərəfli (Amerika, Ermənistan, Avropa İttifaqı) 5 aprel anlaşmasının tərkib hissəsidir. Anlaşmada məqsəd daha çox hərbi potensialın artırılmasına yönəlib. Humanitar adı altında maliyyə yardımı əslində Ermənistanın silahlandırılması üçündür.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dəfələrlə qeyd edib ki, Ermənistana pul yardımının artırılması Ermənistanda Qərb fəaliyyətinin sabitliyi pozan xarakterini təsdiqləyir.

 Əntiqə Rəşid

Chosen
15
adalet.az

1Sources