EN

"Rabitəbank" “Mastercard Cross-Border” xidmətinə qoşuldu

Rabitəbank ASC müştərilərinin ölkəxaricinə P2P pul köçürmələrini daha rahat və sürətli etməsi üçün “Mastercard Cross-Border” xidmətinə qoşuldu.

Bu xidmət fiziki şəxslər arasında Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Polşa, Norveç, Sinqapur, Yaponiya, Hindistan və bu kimi bir çox ölkələrə tam, sürətli və təhlükəsiz şəkildə pul köçürmələri etməyə imkan verir. Xidmət ən müasir təhlükəsizlik sisteminə malik “MasterCard” beynəlxalq ödəniş təşkilatının şəbəkəsi tərəfindən dəstəklənir. Xidmət sürətli və təhlükəsiz olduğu üçün beynəlxalq pul köçürmələri real vaxtda və eyni gündə gerçəkləşir.

Hazırda “Rabitəbank” 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Chosen
21
10
far.az

10Sources