EN

BŞTİ "çalxalanır": müdir müavini çıxarıldı, növbə Nərminə Hüseynovanındır? - Maraqlı iddialar yayılır

Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müdir müavini vəzifəsindən azad edilib.

Mia.az Qaynarinfo-ya istinadən məlumatına görə, nazir Emin Əmrullayevin müvafiq əmri ilə Orxan Teymur oğlu Kərimov işdən çıxarılıb.

Mia.az onu da xatırladır ki, bir həftə əvvəl Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev Bakı şəhəri üzrə Təhsil İdarəsinə müdir müavini vəzifəsinə təyinat alıb. Maraqlı budur ki, onun adı hələ də BŞTİ-nin saytında qeyd olunmayıb. Lakin O.Kərimovun azad olunma xəbəri çıxmamış onun adı və fotosu BŞTİ-nin saytından götürülüb. Əlbəttə, bu məsələdə qurumda fürsətçil davranan şəxsin kimliyi də maraq doğurmaya bilməz...

Mia.az-ın əldə etdiyi məölumata görə, A.Qədiməliyev məhz onun kurasiya etdiyi sahə üzrə müavin postuna təyinat alsa da, o, tezliklə  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynovanı əvəzləyəcək. Bu isə qurumda indidən ona qarşı "xoşagəlməz atmosfer" formalaşdırıb.

Samir Musayev

MİA.AZ

Chosen
25
mia.az

1Sources