EN

Vüsal Qasımlının məqaləsi Belqrad Universitetinin nüfuzlu jurnalında çap olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, i.e.d., professor Vüsal Qasımlının Serbiyanın Belqrad Universitetinin “Economic Annals” (İqtisadi Salnamələr) jurnalında "Economy-wide and environmental benefits of green energy development in oil-rich countries: Evidence from Azerbaijan" (“Neftlə zəngin ölkələrdə yaşıl enerjinin inkişafının iqtisadi və ekoloji faydaları: Azərbaycandan sübutlar”) mövzusunda məqaləsi çap olunub.

Bu barədə Fins.az-a Mərkəzdən məlumat verilib.

Məqalədə göstərilir ki, Azərbaycan öz potensialından tam istifadə edərək yaşıl enerji istehsalı və ixracı istiqamətində mühüm addımlar atır. Azərbaycanın əsas rol oynadığı “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi ilk mərhələdə Azərbaycanı Avropa ilə birləşdirməyi hədəfləyir. İkinci mərhələdə bu dəhliz Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcəkdir. Azərbaycanın bu sahədəki uğurları isə karbon emissiyalarının azaldılmasına öz töhfəsini verməklə həm də qlobal faydaya səbəb olacaqdır. Məqalədə  Azərbaycanda yaşıl enerjiyə keçidin sosial-iqtisadi və ekoloji faydaları qiymətləndirilmiş və əldə edilən nəticə görə  yaşıl enerjiyə keçid istiqamətində başlanan layihələr yaxın gələcəkdə özünü doğruldacaqdır.

Qeyd edək ki, 1955-ci ildən etibarən rüblük əsasda nəşr bu jurnalda çap olunan məqalələr Scopus bazası tərəfindən də indesləşdırilir. “Economic Annals” junalının il ərzində nəşr olanan 4 sayın hər birin 5 məqalə olmaqla ümumilikə 20 ən yaxşı məqalə çap olunur.

Professor Vüsal Qasımlının bu jurnala yazdığı məqalənin digər həmmüəllifləri isə i.e.d Ramil Hüseyn və i.e.f.d Rəşad Hüseynovdur.

Məqalə ilə bu linkdən tanış ola bilərsiniz: //ereforms.gov.az/az/publication/30

Zemfira Ms
Fins.az

Chosen
13
fins.az

1Sources