EN

Avstraliyada 16 yaşdan kiçik şəxslər üçün sosial media qadağası barədə qərar qəbul ediləcək

Avstraliya hökuməti sosial medianın uşaqlara zərər verdiyini bildirərək 16 yaşdan kiçik insanlar üçün sosial medianın qadağan edilməsi ilə bağlı qanun layihəsini gələn həftə parlamentə təqdim edəcək.

Editor.az xəbər verir ki, bu barədə baş nazir Entoni Albanese bu gün verdiyi açıqlamada deyib.

Avstraliyanın Baş naziri Entoni Albanese bu gün açıqladığı qanun layihəsi ilə sosial medianın avstraliyalı uşaqlara vurduğu zərəri azaltmağı hədəflədiyini bildirib. “Bu, analar və atalar üçündür. Onlar da mənim kimi uşaqlarımızın internetdə təhlükəsizliyindən çox narahatdırlar. Mən avstraliyalı ailələrin hökumətin sizin tərəfinizdə olduğunu bilmələrini istəyirəm”, – Albanese ətraflı məlumat vermədən deyib.

//Gülnarə Abasova, Editor.az

Chosen
22
editor.az

1Sources