EN

Naxçıvan teatrının Naxçıvan səfəri

Naxçıvan Dövlət  Mili Dram Teatrının kollektivi tanınmış yazıçı Afaq Məsudun  "Qatarın altına atılan qadın" pyesi əsasında hazırlanan tamaşa ilə ardıcıl olaraq Sədərək, Şərur, Kəngərli, Culfa və Ordubad rayonlarında tamaşaçıların qonağı olub. Əsər bütün həyatını sənətə həsr edən bir aktrisanın faciə ilə sonlanan ömür yolundan bəhs edir.

Tamaşanın quruluşçu rejissoru Əlisahib Cəlilovdur. Obrazları aktyorlar - əməkdar artistlər Nazlı Hüseynquliyeva, Əli Əliyev, Behruz Haxverdiyev, Zakir Fətəliyev, Ləman Vəliyeva, Nurlan Sultanlı və başqaları canlandırır.

Yaradıcı kollektivin Şahbuz səfəri də səmərəli olub. Teatrın aktyor heyəti Şahbuzlu teatrsevərlərə təqdim etdikləri "Edama məhkumun son günü" tamaşası ilə də rəğbətlə qarşılanıb. Dahi yazar Viktor Hüqonun dərin psixoloji məqamları ehtiva edən bu əsəri rejissor Mir Qabil Əkbərovun özünəməxsus bədii- fəlsəfi quruluşu ilə diqqət çəkir. Tamaşada ölüm anında insanin  keçirdiyi əzablı məqamlar dolğun şəkildə  əks  etdirilir. 

Tamaşalar teatrsevərlər tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Chosen
20
xalqqazeti.az

1Sources