EN

Arif Əsədov: "Qarabağ" belə vəziyyətlərdən çıxmağı bacarır"

"Ardıcıl 3 məğlubiyyətdən sonra komandada ruh düşkünlüyü, müəyyən eniş yaşana bilər. Əsas da özünəinamın azalmaq ehtimalı böyükdür".

Bu sözləri apasport.az saytına açıqlamasında Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis "Qarabağ"ın "Bodo-Qlimt"lə matçdakı şanslarını dəyərləndirib: "Qarabağ" təcrübəli klubdur. Ağdamlılar artıq uzun müddətdir ki, bu tip yarışlarda iştirak edir. "Bodo-Qlimt"lə matça genidönüş kimi baxmaq olar. Qazanılan qələbə "Qarabağ" üçün təkan olacaq. Təbii ki, Qurban Qurbanovun komandası da bu oyuna elə baxır. Hava şəraiti və meydançanın süni olması təmsilçimizə çətinlik yaradacaq. Lakin bilirik ki, "Qarabağ" belə vəziyyətlərdən çıxmağı bacarır. Ümid edirəm ki, ağdamlılar qələbə qazanacaq. Ən azından komanda heç-heçə ilə xal hesabını açmağa qadirdir".

Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Bodo-Qlimt" - "Qarabağ" matçı sabah saat 21:45-də start götürəcək.

İsmayıl Xeyrullayev

I Liqa: “Qaradağ Lökbatan” mövsümdə ilk qələbəsini qazanıb

II Liqa: “Şahdağ Qusar” və “Kür-Araz”dan qələbə

"Bodo-Qlimt" "Qarabağ" azarkeşləri üçün 400 yer ayırıb

İsveç yığmasının heyəti məlum olub

Adil Şükürov: "Qarabağ"ın geridönüşü möhtəşəm olacaq"

Chosen
48
apasport.az

1Sources