EN

“Qarabağ”ın səfərdən yaxşı nəticə ilə qayıdacağını düşünürəm”

“Qarabağ” bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda bu gün “Bodo-Qlimt”in qonağı olacaq. Norveçdə baş tutacaq görüşə saat 21:45-də start götürəcək.

Azərbaycan yığmasının sabiq futbolçusu Zaur Həşimov “FutbolPress“ə açıqlamasında görüşlə bağlı fikirlərini bölüşdü:

“Qarabağ”ı ağır oyun gözləyir. Skandinaviya klubları son zamanlarda yüksəlişdədirlər. Müdafiədə sərt oynayıb, hücuma sürətli çıxmırlar. İndi hücumda daha rəngarəng və sürətlidirlər. “Bodo-Qlimt” çempionatın lideridir və yaxşı nizamları var. “Qarabağ”ın rəqibləri arasında ən yaxşı komandalardan biridir. “Qarabağ” bu tip komandalara qarşı oynayıb, təcrübəsi var. Düşünürəm ki, gərgin və maraqlı oyun olacaq. “Qarabağ”ın səfərdən yaxşı nəticə ilə qayıdacağını düşünürəm”.

Mütəxəssis “Qarabağ”ın yarımmüdafiə xəttindəki oyunçuların bu görüşdə açar rolunu oynayacağını dedi:

“Qarabağ” müdafiədə səhvsiz oynamalıdır. Təmsilçimiz hücumda qol imkanları yarada bilir, amma müdafiəyə də diqqət artırmaq lazımdır. Bu gün əsas yük orta xəttin üzərinə düşəcək. Yankoviç, Patrik Andradenin oyunu önəmli rol oynayacaq”.

Şahin Cəfərov

Chosen
11
futbolpress.az

1Sources