EN

Yerevan COP 29-a gedib-getməmək barədə qərar qəbul etməyib

Noyabrın 5-də Ermənistan Xarici İşlər Nazirliyi sülh müqaviləsilə bağlı Azərbaycandan yeni təkliflər alıb. Bu barədə cümə axşamı Ermənistanın xarici işlər nazirinin müavini Vaqan Kostanyan jurnalistlərə bildirib.

"Hazırda müqavilənin bütün bəndlərinə dair qəti razılıq yoxdur",-  Kostanyan deyib.

Razılaşdırılmamış bəndlər üzrə danışıqlar davam edir. Bununla yanaşı, Ermənistan Konstitusiyası məsələsi sülh müqaviləsinin bəndi deyil, o deyib.

Kostanyan razılaşdırılmamış bəndlərlə bağlı Bakının son təkliflərini qiymətləndirməyib, lakin onu da deyib ki, Ermənistan nümayəndə heyətinin Bakıya COP29 sammitinə gedəcəyi barədə qərar yoxdur.

Chosen
14
turan.az

1Sources