Model Mariya Davidova məhşur “Şrek” cizgi filminin obrazı olan şahzadə Fiona görkəmində tamaşaçılar qarşısına çıxıb.
Şahzadə Fiona çoxlu bölümlərdən ibarət olan “Şrek” cizgi filmi franşizasının əsas personajlarından biridir. O, öncə klassik bir nağıl şahzadəsi kimi təqdim edilir və daha sonra hündür qüllədə həbs olunur. Şahzadə isə onu xilas edəcək qəhrəmanı gözləyir. Bu qəhrəman sehrli lənətə görə gecələr çirkin div şəklini alır, gündüzlər isə insan görünüşünü saxlayır. Fiona div Şrek tərəfindən xilas edilir, bundan sonra onların münasibətləri inkişaf edir və hər ikisi aşiq olurlar. İkinci “Şrek” filmində isə o, əbədi olaraq div kimi qalmaq qərarına gəlir və bununla da əsl eşqin hətta xarici görünüşdən də daha çox vacib olduğunu sübut edir.
İctimaiyyətdə daha çox “Lady Melamori” ləqəbi ilə tanınmış rusiyalı model Mariya Davidovanın bu dəfə də yenilik etməklə Fionanın insan şəklində görünməsi hamı tərəfindən böyük rəğbətlə qarşılanıb.
Oqtay Qorçu