EN

İran və Türkmənistan beynəlxalq təşkilatlarda əməkdaşlıq edəcəklər

İran və Türkmənistanın xarici işlər nazirləri iki qonşunun regional və beynəlxalq təşkilatlarda daha sıx əməkdaşlıq planlarını müzakirə ediblər.

Bakıvaxtı.az "İRNA"ya istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi və türkmən həmkarı Rəşid Meredov telefon danışığında Tehran və Aşqabad arasında əməkdaşlığın son vəziyyəti və bir sıra regional məsələlər müzakirə olunub. 

Hər iki nazir iqtisadi və ticari əlaqələrin genişləndirilməsi, iki ölkə arasında regional və beynəlxalq təşkilatlarda əməkdaşlığın davam etdirilməsi yollarını araşdırıblar.

Abbas Əraqçi bildirib ki, İran və Türkmənistan arasında münasibətlər düzgün istiqamətdə inkişaf edir.

Meredov da öz növbəsində, iki ölkənin yüksək səviyyəli rəsmilərini əlaqələrin genişləndirilməsinə çağırıb.

Gülşən Şərif

Chosen
35
bakivaxti.az

1Sources