EN

Ermənistan XİN: "Bakı və İrəvan liderləri arasında görüşlə bağlı heç bir razılaşma yoxdur"

Azərbaycan və Ermənistan sülh sazişinin bütün mətni üzrə hələlik razılığa gəlməyiblər.

Oxu.Az-ın xəbərinə görə, bu sözləri Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) rəhbər müavini Vaan Kostanyan brifinq zamanı deyib.

"Hazırda heç bir maddə üzrə Bakı ilə yekun razılaşma yoxdur", - deyə o bildirib.

Kostanyan əlavə edib ki, hazırda ölkə liderlərinin və ya xarici işlər qurumlarının rəhbərlərinin mümkün görüşü ilə bağlı razılaşma mövcud deyil.

Mənbə: oxu.az

Chosen
8
2
oxu.az

2Sources