EN

Bloomberg: Türkiyə hakimiyyəti Trampın Ağ Evə qayıtmasını müsbət qiymətləndirir

Türkiyə hakimiyyəti Trampın Ağ Evə qayıtmasını müsbət qiymətləndirir.

İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” analitik məqaləsində yazıb. Nəşr yazır ki, Türkiyə Trampın seçkilərdə qələbəsi ilə bağlı ehtiyatlı nikbindir.

Qeyd olunur ki, Ərdoğan və Tramp isti münasibətləri saxlayır və tez-tez bir-birini tərifləyirdilər.

Nəşr vurğulayır ki, Bayden dövründən fərqli olaraq, Trampın prezidentliyi Ərdoğana Vaşinqtona daha birbaşa çıxış imkanı yarada bilər.

Məqalə müəllifləri yazır ki, ABŞ-nin seçilmiş prezidentinin anti-müharibə mövqeyi və onun ticarətə diqqət yetirməsi Türkiyənin də işinə yarıya bilər.

Amma Ərdoğanın anti-İsrail ritorikası və Türkiyə-Çin əməkdaşlığının artması əlaqələrin korlanmasına səbəb ola bilər.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
14
27
interpress.az

10Sources