EN

“Bu, İran üçün böyük sınaq olacaq” - Trampın qayıtması Tehrana baha başa gələ bilər

Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi İran İslam Respublikası üçün 1979-cu ildə qurulmasından bəri ən böyük sınaq olacaq.

“AzPolitika” xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Kanalın materialında qeyd edilir ki, ABŞ-nin yeni administrasiyası Tehrana qarşı “maksimum təzyiq” kampaniyası aparacaq ki, bu da İranın təcrid vəziyyətini artıra və iqtisadiyyatını sarsıda bilər.

“CNN” qeyd edir ki, Trampın seçilməsi İsrailin Baş naziri Binyamin Netanyahuya İranın nüvə obyektlərinə zərbə endirmək imkanı da verə bilər.

Hələ seçkidən əvvəl “The Wall Street Journal” yazmışdı ki, Tramp Ağ Evə qayıtsa, İrana qarşı böyük təzyiq siyasətini bərpa edəcək.

Məlumat üçün onu da qeyd edək ki, Trampın seçilməsi xəbəri yayılandan dərhal sonra bir gün ərzində İranın milli valyutası ABŞ dollar qarşısında 25 faiz dəyər itirib.

“AzPolitika.info”   

Chosen
26
6
azpolitika.info

8Sources