EN

UEFA “Zirə”nin legionerini cəzalandırdı

UEFA “Zirə”nin futbolçusu Salifu Sumaya 3 oyun cəza verib.

"Unikal" xəbər verir ki, buna qvineyalı hücumçunun Avropa Liqasının I təsnifat mərhələsində Bakıda Moldovanın “Şerif” klubuna 1:2 hesabı ilə uduzduqları cavab matçındakı davranışı səbəb olub.

Görüşün 40-cı dəqiqəsində rəqib futbolçunun sifətinə əllə zərbə endirən 21 yaşlı forvard birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Nəticədə UEFA Sumanı diskvalifikasiya edib.

Qeyd edək ki, “Zirə” Moldovadakı ilk matçda minimal hesablı qələbə qazanıb. Bakıdakı görüşdə ümumi hesab (2:2) bərabər olduğu üçün qalib penaltilər seriyasında müəyyənləşib. On bir metrlik cərimə zərbələrini daha dəqiq (5:4) yerinə yetirən “Şerif” II raunda vəsiqə qazanıb. Azərbaycan təmsilçisi isə mübarizəni UEFA Konfrans Liqasında davam etdirib. Lakin pley-off oyunlarında Kiprin “Omoniya” klubuna uduzan “qartallar” qrup mərhələsinin bir addımlığında avrokuboklarla vidalaşıb.

Chosen
6
4
unikal.az

5Sources