EN

Dövlət Dəniz və Liman Agentliyində Zəfər Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR

Dövlət Dəniz və Liman Agentliyində (DDLA) 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib.

"Unikal" xəbər verir ki, qurumun kollektivi torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Agentliyin İdarə Heyətinin sədr müavini, İdarə Heyətinin sədri vəzifəsini icra edən Əfqan Cəlilov Azərbaycanın tarixinə qızıl hərflərlə həkk olunan şanlı qələbəni şərtləndirən amillərdən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun şücaətindən danışıb. 

Daha sonra DDLA-nın 1-ci Qarabağ müharibəsi və Vətən müharibəsində iştirak etmiş əməkdaşları qələbəni səciyyələndirən döyüş yolundan qürurla söz açıblar.

Tədbir Zəfər Gününə həsr olunan filmin nümayişi ilə yekunlaşıb.


 

Chosen
14
50
unikal.az

10Sources