Rusiyanın beşinci nəsil qırıcısı “Su-57E” və ən yeni aviasiya silahları “Airshow China” beynəlxalq aerokosmik sərgisində nümayiş etdiriləcək.
Qaziler.az bildirir ki, bu barədə TASS-a “Rosoboroneksport”un mətbuat xidmətindən məlumat verilib.
“Su-57E”, həmçinin taktiki raket silahları korporasiyası tərəfindən hazırlanmış və istehsal edilən ən son təyyarə silahları ilə birlikdə statik dayanacaqda nümayiş etdiriləcək”, - məlumatda deyilir.
Şirkət nümayəndələrinin sözlərinə görə, raketlər həm yerli, həm də xarici istehsalı olan dördüncü və beşinci nəsil qırıcılar tərəfindən istifadə oluna bilər. Nümayişdə siz antiradar modeli, həmçinin “Qrom-E1” idarə olunan raketi və digər silahlarını görmək mümkün olacaq.
QAZİLER.AZ