EN

ABB iqlim dəyişikliyinin təsirləri ilə bağlı hesabat yaydı

Bakı. Trend:

ABB ölkəmizin ev sahibliyi edəcəyi COP29 ərəfəsində daha birmaraqlı hesabat yayıb. Hesabat “İqlim dəyişikliyinin təsirləri vənəticələri” adlanır. Burada iqlim dəyişikliyinin əsas səbəbləri,onun qlobal və yerli səviyyədəki təsirləri barədə ətraflı məlumatverilib.

İqlim dəyişikliklərinin ayrı-ayrı aspektləri, o cümlədən suresursları, atmosfer çirklənməsi və s. istiqamətlər üzrə geniştəhlillər aparılıb. İqlim dəyişikliyi səbəbindən Azərbaycandaquraqlıq riskinin artması və şirin su ehtiyatlarının azalması, bunarəğmən son onilliklərdə ölkədə atmosferə buraxılan çirkləndiricimaddələrdə azalma meylinə xüsusi diqqət yetirilib. Bununla bağlımüqayisəli göstəricilər təqdim olunub.

Hesabatda iqlim dəyişikliyinin Azərbaycan iqtisadiyyatınatəsirləri geniş təhil edilib. Araşdırmada iqlim dəyişikliyininqlobal iqtisadiyyata təsirləri, inkişaf etməkdə olan ölkələrə iqlimmaliyyəsi axını, YSDD istiqraz bazarının inkişafı, enerjitransformasiyası və s. bu kimi məsələlərlə bağlı da zənginməlumatlar var. Hesabatda həmçinin iqlim dəyişikliyinin banksektoruna təsirləri ilə bağlı informasiyalar təqdim edilir.

Maraqlı tərəflər üçün faydalı olan bu cür araşdırma-hesabatlarınhazırlanması bir çox xarici bankların geniş istifadə etdiyitəcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiqedib. ABB-nin silsilə hesabatları ilə buradan tanış olabilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədəməlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən,həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Chosen
21
10
az.trend.az

10Sources