EN

Azərbaycan millisinin üzvləri danışılmış oyunlarla bağlı seminarda iştirak ediblər

Avropa çempionatının seçmə mərhələsi öncəsi təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası üçün danışılmış oyunlarla bağlı maarifləndirici seminar keçirilib.

Apasport.az xəbər verir ki, tədbir Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutub.

UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli “Futbol ictimaiyyəti olaraq danışılmış oyun və ya oyun manipulyasiyası haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Seminarda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib.

İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.

Rəşad Sadıqov: “Bunun səbəbini araşdıracağıq”

Elmar Baxşıyev: “Bizim öz dəst-xəttimiz var”

“Araz-Naxçıvan” əmin addımlarla irəliləyir - YENİLƏNİB

I Liqa: “Qaradağ Lökbatan” mövsümdə ilk qələbəsini qazanıb

II Liqa: “Şahdağ Qusar” və “Kür-Araz”dan qələbə

Chosen
60
39
apasport.az

10Sources