EN

İngiltərədə faizlər endirildi, nəzərlər ABŞ-dadır...

Böyük Britaniya Bankı bu gün keçirilən iclasında uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq illik 4,75 faizə endirib.

Musavat.com xəbər verir ki, məlumat Bankın saytında açıqlanıb.

Bildirilir ki, iclasda İngiltərə Bankının pul siyasəti komitəsi səs çoxluğu ilə (səkkiz birə 1) bank uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 4,75 faizə endirilməsinə səs verib.

Əksər ekspertlər mərkəzi bank funksiyalarını yerinə yetirən tənzimləyicinin məhz belə bir qərar verəcəyini gözləyirdilər. Söhbət 2024-cü ildə ikinci faiz endirimindən gedir. Bundan əvvəl İngiltərə Bankı avqust ayında uçot dərəcəsini 5,25 faizdən 5 faizə endirdi ki, bu da 2020-ci ildən bəri ilk dəfə azalma idi. Sentyabr iclasında tənzimləyici məzənnəni dəyişməyib.

Qeyd edək ki, bu gün ABŞ Federal Ehtiyatlar Sisteminin də faizlərlə bağlı qərarı açıqlanacaq. Analitiklər FED-in də 0,25 faiz bəndi endirimə gedəcəyini proqnozlaşdırıblar.

 

Musavat.com

Chosen
17
musavat.com

1Sources