7NEWS.az xəbər verir ki, NASA-nın NEOWISE kosmik gəmisi Yerə yaxın asteroidləri tədqiq edərək böyük uğur qazandıqdan sonra noyabrın 1-də atmosferdə yanaraq missiyasını başa vurdu. 2009-cu ildə buraxılan kosmik gəminin sonu, 2024-cü ilin oktyabrında başlayan günəş maksimumuna görə gəldi. 3 mindən çox göy cismini tədqiq edən NEOWISE öz missiyasını 2027-ci ildə istifadəyə veriləcək yeni NEO Surveyor teleskopuna həvalə edəcək.