ABŞ-ın Cənubi Karolina ştatında “Alpha Genesis” tədqiqat mərkəzindən ən azı 40 meymun qaçıb.
Azpost.info xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
“Meymunların evlərə girməsinin qarşısını almaq üçün sakinlərdən qapı və pəncərələri bağlı saxlamaq istəniib. Meymunu görən şəxs onunla təmasda olmamalı və 911-ə zəng etməlidir”, – yerli hüquq-mühafizə orqanlarından bildirilib.
Telekanal qeyd edir ki, mütəxəssislər beyin də daxil olmaqla müxtəlif xəstəlikləri öyrənmək üçün meymunlar üzərində araşdırma aparıblar.
Mərkəzdən qaçan meymunların hansı testlərdə iştirak etdiyi və onların hər hansı virusa yoluxduğu məlum deyil.
Azpost.info