EN

Trampın yenidən prezidentliyi: Cənubi Qafqaz və dünya üçün yeni siyasi kurs?- ÖZƏL

"Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi yalnız Amerika Birləşmiş Ştatları üçün deyil, ümumiyyətlə, bütün dünya üçün önəmli bir hadisədir. Çünki Bayden administrasiyası indiyə qədər dünyada hərbi, siyasi qarşıdurmaların artmasına səbəb olan xarici siyasət kursu yürüdürdü. Ancaq Donald Trampın seçkiqabağı verdiyi vədlərdən belə çıxırdı ki, dünyada sülhün və sabitliyin yenidən bərqərar olmasına yönəlik siyasi kurs yürütmək niyyəti güdür. 

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib:

"Əgər Donald Tramp öz seçkiqabağı vədlərinə əməl edərsə, bu o deməkdir ki, yaxın vaxtlarda Ukrayna savaşı dayandırılmış olacaq, Yaxın Şərqdə münaqişə ocağı söndürülmüş olacaq və qlobal savaş və yaxud da Üçüncü Dünya müharibəsi törədə biləcək proseslərin qarşısının alınması istiqamətində Ağ Ev Administrasiyası məqsədyönlü şəkildə fəaliyyət göstərə bilər. O cümlədən Cənubi Qafqaz üçün də Donald Trampın prezidentliyi müəyyən önəmə malikdir. Çünki Donald Tramp ermənipərəst siyasətçi sayılmır. Eyni zamanda, Donald Tramp ilk prezidentlik dönəmində artıq sübut edib ki, erməni diasporunun təzyiqlərinə və Ağ Evin siyasətinə təsir etmək cəhdlərinə əhəmiyyət verməmək mövqeyinə daha yaxındır. Erməni diasporunun Tramp administrasiyasına təsir eləməkdə çətinlik çəkəcəyini düşünmək olar. Bu baxımdan hesab etmək olar ki, Donald Tramp administrasiyası dövründə ABŞ-nin  Cənubi Qafqaz siyasətində Ermənistan üzərindən geopolitik hədəflərə çatmaq niyyətləri nisbətən arxa plana keçirilə bilər. Bu baxımdan Donald Trampın erməni faktorunu əhəmiyyətdən sala biləcək situasiya yarada biləcəyi qətiyyən istisna deyil. Yəni rəsmi İrəvanın, Amerika Birləşmiş Ştatlarına, Avropa Birliyinə və Fransaya güvənərək revanşist mövqedən çıxış etməsi yaxın vaxtlarda öz məntiqi sonluğuna çatacaq. Çünki Amerika Birləşmiş Ştatlarının Donald Tramp administrasiyası dövründə Ermənistana dəstəyi zəifləyərsə, bu halda Paşinyan hakimiyyəti Avropa Birliyinin, hətta Fransanın belə indiki siyasi dəstəyini nisbətən itirmək təhlükəsi ilə qarşılaşa bilər. Bu halda da Ermənistan Cənubi Qafqazda yenidən təklənmiş və qonşu ölkələrlə münasibətləri pozulmuş bir dövlət vəziyyətində qalmış olacaq. Belə situasiyada da Paşinyan hakimiyyətinin Ermənistanın mövcudluğunu qorumaq üçün öz qonşuları, o cümlədən də Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan başqa çıxış yolu qalmayacaq. Yəni bütün bunlar onu göstərir ki, Donald Tramp hakimiyyəti dövründə Amerika Birləşmiş Ştatları Cənubi Qafqaza kobud müdaxiləni dayandırmaq istiqamətində qərarlar qəbul edərsə, bu, Ermənistanın, nəhayət ki, reallıqla barışaraq yekun sülh sazişinin imzalanması məcburiyyətində qalması anlamını daşıyacaq".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
72
50
olaylar.az

10Sources