EN

Əfsanəvi həmyerlisi də Mbappeni qınadı - "Heç vaxt qaçmır"

"Real Madrid"in son oyunlardakı nəticələri təkcə Karlo Ançelottiyə yox, həm də futbolçulara, xüsusən də yayda transfer edilən ulduz Kilian Mbappeyə təzyiqi artırıb. 

Fanat.Az xəbər verir ki, fransalı forvardı əfsanəvi həmyerlisi Tyerri Anri də danlayıb: 

"Marca" Anrinin dediklərini belə təqdim edib: 
 
“Mbappe heç vaxt qaçmır. Bellingem həm hücumçu, həm də yarımmüdafiəçi kimi çalışır. Bellingem mərkəz hücumçusunun etməli olduqlarını, yəni sırf Mbappenin üzərinə düşənləri etməyə çalışır”. "Real" növbəti matçını şənbə günü, noyabrın 9-da İspaniya çempionatında öz meydanında "Osasuna"ya qarşı keçirəcək.

Qeyd edək ki, "Real" son matçlarda “Barselona”ya (0:4) və “Milan”a (1:3) məğlub olub.

Mirağa 

Chosen
29
fanat.az

1Sources