EN

“AZIREX-2024” birgə taktiki təlimində iştirak edən heyətimiz Vətənə qayıdıb

Xəzər dənizinin İran İslam Respublikasına mənsub hissəsində keçirilən “AZIREX-2024” birgə taktiki təlimində iştirak edən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup şəxsi heyəti və gəmisi Vətənə qayıdıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimdə fərqlənmiş bir qrup hərbi dənizçi fəxri fərmanla təltif olunub.

Qeyd edək ki, "Dənizdə axtarış-xilasetmə" birgə taktiki təliminə Azərbaycan HDQ-nin 2 vahid gəmisi və 100-dən çox şəxsi heyəti qatılıb.

Chosen
15
24
operativmedia.az

10Sources