EN

Dönər bahalaşacaq VİDEO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dönərin hazırlanması ilə bağlı yeni qaydalar müəyyənləşdirib.

Xezerxeber.az-ın məlumatına görə, dönərçilər bildirilər ki, yeni qaydalar aldıqları dönər ətinin qiymətinə də təsir edib.

Yeni qaydaların onlara sərf etmədiyini deyən dönər ustaları hesab edirlər ki, toyuq və ət dönərinin hər ikisinin qiyməti artacaq.

Qaydalara görə, qırmızı ət dönəri qoyun və ya quzu ətindən, mal və ya onların qarışığından, quş ətindən hazırlanmış dönəri isə  toyuq əti və hind toyuğu və ya bu quş ətlrərinin qarışığından hazırlana bilər. AQTA-dan “Xəzər Xəbər”ə verilən məlumata görə, çiy dönərin hazırlanması və istehlakı ilə bağlı da şərtlər təsdiqlənib.

Qeyd olunub ki, çiy dönərin və donu açılmış çiy dönərin şaquli vəziyyətdə tərpənməz saxlanması təmin olunmaqla nəqliyyat vasitələrində daşınma müddəti 4 saatı keçməməli və daşınma başa çatdırıldıqdan sonra dərhal bişirməyə başlanmalıdır. Dönərin bişirilməyə başlandığı andan etibarən yararlılıq müddəti isə ən çoxu 12 saatdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
26
8
xezerxeber.az

9Sources