EN

Lukaşenko ekstremizmdə təqsirli bilinən 31 məhbusu əfv edib

Belarus prezidenti Aleksandr Lukaşenko ekstremist cinayətlərdə təqsirli bilinən 31 nəfəri əfv etmək qərarına gəlib.

Qaziler.az bildirir ki, bu barədə noyabrın 7-də Belarus liderinin mətbuat xidmətinin saytında məlumat verilib.

Əfv olunanlar arasında iki qadın və 29 kişi var: onlardan üçü əlildir, 17-si xroniki xəstəliklərdən əziyyət çəkir. Azadlığa buraxılanlardan 27-nin uşağı var. Onlardan yeddisi isə çoxuşaqlı valideyndir.

“Məhkumlar məhkumluq qeydi ləğv edilmədən əsas cəzadan azad edilir. Daxili İşlər Nazirliyi onların qanuna tabe olan davranışlarına nəzarəti təmin edəcək”, - məlumatda deyilir.

QAZİLER.AZ

Chosen
19
qaziler.az

1Sources