EN

''Siti'' son 6 ildə ilk dəfə bunu yaşadı

Çempionlar Liqasında əsas mərhələnin 4-cü turunda ''Mançester Siti'' səfərdə ''Sportinq''lə qarşılaşmada erkən qol vurmasına baxmayaraq 1:4 hesablı acı məğlubiyyətlə barışmalı oldu.

''Sportinq''i ''qələbə maşınına'' çevirən və bir neçə gündən sonra ''Mançester Yunayted''in başına keçməyə hazırlaşan Ruben Amorim indidən ''Siti''yə gücünü göstərdi. Hesab 1:3 olarkən Holannın penaltidən yararlana bilmədiyini də vurğulayaq. Daha öncə liqa kubokunda ''Tottenhem''ə, eləcə də premyer-liqada ''Bornmut''a uduzan ''Mançester Siti'' 2018-in aprelindən bu yana bu yana ilk dəfə ardıcıl 3 rəsmi oyundan məğlubiyyətlə ayrılmış oldu. 6 il öncə ''şəhərlilər'' ÇL-də iki dəfə ''Liverpul''a, eləcə də premyer-liqada ''Yunayted''ə uduzmuşdular.

Qvardiolanın çalışdırdığı komanda ÇL-də cəmi 3-cü dəfə bir oyuna 4 top buraxdı. Ünlü mütəxəssis daha öncə 2014-ün aprelində ''Bavariya''nın başında ''Real'' (0:4), eləcə də 2016-nın oktyabrında ''Siti''nin başında ''Barselona'' (0:4) ilə oyunda bu aqibətlə üzləşmişdi. Bu qarşılaşmada 3 qol vuran Viktor Dyokereş Zlatan İbrahimoviçdən sonra ÇL-də het-trik edən ikinci futbolçu oldu.

ƏLİ

Chosen
23
football-plus.az

1Sources