EN

Daha bir Belçika klubu türklərin əlinə keçə bilər

“Fənərbaxça''nın sabiq yönəticisi, hazırda ''Şeffild Yunayted''də transferlerə cavabdehlik daşıyan Səlahəttin Baki ilə bağlı maraqlı xəbər yayılıb.

49 yaşlı futbol adamı Belçikanın elitasında çıxış edən bir klubun prezidentinə çevrilə bilər. İngiltərə mətbuatının iddiasına görə söhbət ''Beersxot''dan gedir. İdarə heyəti klubun yeni səviyyəyə qalxması üçün prezident dəyişikliyinin labüd olduğunu düşünür. Ona görə də onlar türkiyəlinin klubun başına keçməsinin əleyhinə deyil. Uzun illər İngiltərədə çalışan və ''Şeffild Yunayted''də işləyən Baki 2018-ci ildə Türkiyəyə gəlmiş və ''Fənərbaxça''da başqan Əli Koçun sağ əlinə çevrilmişdi. İdarə heyətinin üzvü olan Baki 6 il ərzində ''Fənər''də müxtəlif vəzifələri icra etmişdi. Amma ötən mövsümün sonlarına yaxın onun Əli Koçla münasibətləri pozuldu. Bu üzdən Koç bu yay yenidən prezident seçilməsinə baxmayaraq Bakini idarə heyətinə salmadı və bu yönətici Türkiyədən ayrılaraq ''Şeffild Yunayted''ə qayıtdı.

103 illik tarixə malik ''Beersxot'' fəaliyyət göstərdiyi illərdə bir neçə dəfə adını dəyişməli olub. Belçika kubokunun ikiqat qalibi olan ''Beersxot'' ölkədə ən çılğın azarkeş ordusuna malik kollektivlərdən biridi. Sonda xatırladaq ki, hazırda Belçika çempionatında türklər tərəfindən idarə olunan artıq bir klub mövcuddu. Bu, ''Vesterlo''du. Bu klubun prezidenti türkiyəli iş adamı Oktay Ərcan, baş meneceri isə ''Fənər''in daha bir sabiq yönəticisi Hasan Çetinkayadı.

ƏLİ

Chosen
44
football-plus.az

1Sources