EN

Portuqaliya millisinin üzvü "Mançester Yunayted"ə keçə bilər

"Sportinq"in futbolçusu Ceovani Kenda karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" portuqaliyalı vingeri transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Qırmızı şeytanlar"ın yeni baş məşqçisi Ruben Amorim "Sportinq"də birlikdə çalışdığı 17 yaşlı ön xətt oyunçusunu özü ilə "Mançester Yunayted"ə aparmağı planlaşdırır.

Qeyd edək ki, "Sportinq" Ceovani Kendanı 2019-cu ilin yayında "Benfika" akademiyasından transfer edib. Portuqaliyalı U-21 millisinin üzvü bu mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Chosen
17
sportal.az

1Sources