EN

Almaniya prezidenti üç naziri vəzifəsindən azad etdi

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer maliyyə naziri Kristian Lindner, ədliyyə naziri Marko Buşman, təhsil və elmi tədqiqatlar naziri Bettina Ştark-Vatsinqeri vəzifəsindən azad edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Qeyd olunur ki, hər üç nazir Almaniyanın Azad Demokratlar Partiyasını təmsil edir.

Lindnerin vəzifələrini isə Almaniya Federal Kansleri Administrasiyasının dövlət katibi Yorq Kukis icra edəcək. Nəqliyyat və rəqəmsal infrastruktur naziri Folker Vissing isə Ədliyyə Nazirliyinə başçılıq edəcək.

Belə ki, hazırkı kənd təsərrüfatı və qida naziri Cem Özdemir ("Yaşıllar") Təhsil və Elmi Tədqiqatlar nazirliyinə rəhbərlik edəcək.

Chosen
80
11
bakivaxti.az

10Sources