EN

“44 günlük müharibə bizim şərəf və qürur tariximizdir!” - BƏYANAT



Bu gün möhtəşəm ZƏFƏRimizin növbəti ildönümüdür!
Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman əsgərlərimizin Qarabağı işğaldan azad etməsindən və bununla da uzun illər boyunca çəkdiyimiz həsrətə son qoyulmasından düz dörd il keçir. Əlbət ki, həmin günlər, məlum qələbə, yaşadığımız hisslər unudulmazdır. Eyni zamanda 44 günlük müharibə bizim şərəf və qürur tariximizdir.

Azərbaycan 30 il müddətində səbr etdi, bütün diplomatik vasitələrı sınadı, beynəlxalq camiyənin ədalətli olacağına inandı və hətta BMT-nin tribunasında ard-arda 4 Qətnamənin qəbuluna belə nail oldu. Fəqət, düşmən yenə də sona qədər ağıllanmadı ki, ağıllanmadı. Belə olan halda isə artıq son çarə müharibə idi və ermənilərin növbəti təxribatına cavab olaraq əks-hücuma keçən Azərbaycan Ordusu qısa müddət ərzində hədəfinə çatdı, əzəli torpaqlarımızı düşmən tapdağından azad etdi.

Biz bu gün suverenik, müstəqilik, kimsədən asılı deyilik, hansısa dövlətin təsiri altında deyilik. Bir dövlət, bir vətəndaş üçün bundan böyük, bundan müqəddəs nəsə ola bilərmi? Əsla!

Biz müharibənin gedişində bir gün belə pessimist ruhda olmadıq, nədənsə şübhə etmədik, qorxmadıq, çəkinmədik. Çünki, Azərbaycanın qüdrətinə əmin idik. Çünki qələbəmizin ən böyük memarı olan İlham Əliyevin şücaətinə, əzminə, müdrikliyinə bələd idik.  Çünki igid əsgərlərimizin gücünə, onların fədakarlığına və VƏTƏN deyərək sona qədər gedəcəklərinə inanırdıq.
Zatən nəticəni də hasil edən həmin səbəblər idi. Ələlxüsus da: Rəhbər və xalq birliyi!

Tanrı bu birliyi, bu vəhdəti hər zaman var etsin! Qələbələrimiz, yaşadığımız sevinc və xoşbəxtlik hissləri heç zaman tükənməsin!
Tanrı Azərbaycanımızı və dəyərli Prezidentimizi qorusun!

Azərbaycan Demokratik Maarifçilik Partiyası
 
 
 

Chosen
33
7news.az

1Sources