EN

“Qarabağ”dan Zəfər Günü qələbəsi - Yenilənib

"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanıb.

Ağdam təmsilçisi IV tura təsadüf edən oyunda Norveçin "Budyo-Qlimt" kollektivini 2:1 hesabı ilə üstələyib.

Bude şəhərindəki "Aspmira" stadionunda baş tutan görüşdə hesabı təmsilçimiz açıb. 23-cü dəqiqədə Toral Bayramov baxımlı zərbə ilə diqqət mərkəzinə düşüb. Bununla belə, meydan sahibləri fasiləyə qədər status-kvonu bərpa ediblər. 41-ci dəqiqədə Patrik Berq bərabərlik qolunun müəllifi olub. "Köhlən atlar"ın qalibiyyət qoluna isə Abdullah Zubir imza atıb. 69-cu dəqiqədə rəqib torunu silkələyən futbolçu "Qarabağ"a cari mövsüm avroliqada ilk qələbəsini qazandırıb.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiiyi kollektiv Avropa Liqasında növbəti oyununu noyabrın 28-də Fransa təmsilçisi "Lion"a qarşı keçirəcək.

 

***

 
Oyunda ikinci qol vurulub.
 
Moderator.az xəbər verir ki, 41-ci dəqiqədə "Budyo-Qlimt" klubunun heyətində Patrik Berq fərqlənib - 1:1.
 
***

22:14

Oyunda hesab açılıb.

Moderator.az xəbər verir ki, Ağdam təmsilçisinin heyətində 21-ci dəqiqədə Toral Bayramov baxımlı zərbə ilə adını tabloya yazdırıb.

21:44
 
UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun son oyun günündə 17 görüş keçirilir. "Qarabağ" bu turda Norveçin "Budyo-Qlimt" klubu ilə qarşılaşır.
 
 "Aspmüra" stadionunda keçirilən qarşılaşma başlayıb.
 
21:00
 
UEFA Avropa Liqasının əsas mərhələsinin IV turu çərçivəsində bu gün Norveçdə üz-üzə gələcək "Budyo-Qlimt" və "Qarabağ" komandalarının start heyətləri bəlli olub.
 
Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
 
"Budyo-Qlimt": Nikita Haikin, Villads Nilsen, Fredrik Şyövold, Odin Byörtuft, Fredrik Byörkan, Patrik Berq, Xokon Evyen, Ulrik Saltnes, Yens Petter Hauq, Auqust Mikkelsen, Filip Sinkernagel
 
Baş məşqçi: Hyetil Knutsen
 
"Qarabağ": Mateuş Koxalski, Bədavi Hüseynov, Kevin Medina, Abbas Hüseynov, Patrik Andrade, Marko Yankoviç, Yassin Benzia, Abdullah Zubir, Emanuel Addai, Aleksey Kaşuk, Olavio Juninyo.
 
Baş məşqçi: Qurban Qurbanov.
 
Qeyd edək ki, "Aspmüra" stadionunda keçiriləcək "Budyo-Qlimt" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
 
08:00
 
Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun son oyun günündə 17 görüş keçiriləcək.
 
Təmsilçimiz "Qarabağ" bu turda Norveçin "Budyo-Qlimt" klubu ilə qarşılaşacaq.
 
"Qarabağ" - "Budyo-Qlimt" görüşü ilə yanaşı daha doqquz matçında başlama saatı Bakı vaxtı ilə saat 21:45-dir.
 
Digər səkkiz oyun isə gecəyarısı start götürəcək.
 
Qeyd edək ki, UEFA Avropa Liqasında turun açılış oyununda "Beşiktaş" - "Malmö" ilə qarşılaşmışdı.
 
7 noyabr
 
UEFA Avropa Liqası
 
IV tur
 
Saat 21:45, "Qarabağ" - "Budyo-Qlimt";
 
Saat 21:45, "Ayntraxt Frankfurt" - "Slavia Praqa";
 
Saat 21:45, "Elfsborq" - "Braqa";
 
Saat 21:45, FKSB - "Midtyulland";
 
Saat 21:45, "Qalatasaray" - "Tottenhem";
 
Saat 21:45, "Ludoqorets" - "Atletik Bilbao";
 
Saat 21:45, "Nitse" - "Tvente";
 
Saat 21:45, "Olimpiakos" - "Reyncers";
 
Saat 21:45, "Royal Union" - "Roma";
 
Saat 00:00, "Ayaks" - "Makkabi Təl-Əviv";
 
Saat 00:00, "AZ Alkmaar" - "Fənərbağça";
 
Saat 00:00, "Dinamo Kiyev" - "Ferentsvaroş";
 
Saat 00:00, "Hoffenhaym" - "Lion";
 
Saat 00:00, "Latsio" - "Porto";
 
Saat 00:00, "Mançester Yunayted" - PAOK;
 
Saat 00:00, "Viktoria Plzen" - "Real Soseydad";
 
Saat 00:00, RFŞ - "Anderlext".
Chosen
65
9
moderator.az

10Sources