EN

UEFA Avropa Liqası: "Qarabağ" ilk qələbəsini qazanıb - Yenilənib

“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanıb...

"Report" xəbər verir ki, Ağdam təmsilçisi IV tura təsadüf edən oyunda Norveçin "Budyo Qlimt" kollektivini 2:1 hesabı ilə üstələyib.

Bude şəhərindəki "Aspmira" stadionunda baş tutan görüşdə hesabı təmsilçimiz açıb. 23-cü dəqiqədə Toral Bayramov baxımlı zərbə ilə diqqət mərkəzinə düşüb. Bununla belə, meydan sahibləri fasiləyə qədər “status-kvo”nu bərpa edib. 41-ci dəqiqədə Patrik Berq bərabərlik qolunun müəllifi olub. “Köhlən atlar”ın qalibiyyət qoluna isə Abdullah Zubir imza atıb. 59-cu dəqiqədə rəqib torunu silkələyən futbolçu “Qarabağ”a cari mövsüm avroliqada ilk qələbəsini qazandırıb.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiiyi kollektiv Avropa Liqasında növbəti oyununu noyabrın 28-də Fransa təmsilçisi “Lion”a qarşı keçirəcək.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyununda üçüncü qol vurulub.

"Report" xəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionunda Ağdam təmsilçisi yenidən hesabda önə çıxıb - 2:1.

59-cu dəqiqədə Abdullah Zubir fərqlənib.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyununda hesab bərabərləşib.

"Report" xəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionunda meydan sahibləri "status-kvo"nu bərpa edib - 1:1.

41-ci dəqiqədə Patrik Berq bərabərlik qolunun müəllifi olub.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyununda hesab açılıb.

"Report" xəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionunda Ağdam təmsilçisi hesabı açıb.

22-ci dəqiqədə Toral Bayramov baxımlı zərbə ilə adını tabloya yazdırıb.

***

UEFA Avropa Liqasının əsas mərhələsinin IV turu çərçivəsində bu gün Norveçdə üz-üzə gələcək "Budyo-Qlimt" və "Qarabağ" komandalarının start heyətləri bəlli olub.

Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Budyo-Qlimt": Nikita Haikin, Villads Nilsen, Fredrik Şyövold, Odin Byörtuft, Fredrik Byörkan, Patrik Berq, Xokon Evyen, Ulrik Saltnes, Yens Petter Hauq, Auqust Mikkelsen, Filip Sinkernagel

Baş məşqçi: Hyetil Knutsen

"Qarabağ": Mateuş Koxalski, Bədavi Hüseynov, Kevin Medina, Abbas Hüseynov, Patrik Andrade, Marko Yankoviç, Yassin Benzia, Abdullah Zubir, Emanuel Addai, Aleksey Kaşuk, Olavio Juninyo.

Baş məşqçi: Qurban Qurbanov.

Qeyd edək ki, "Aspmüra" stadionunda keçiriləcək "Budyo-Qlimt" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

***

Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun son oyun günündə 17 görüş keçiriləcək.

Oxu.Az xəbər verir ki, təmsilçimiz "Qarabağ" bu turda Norveçin "Budyo Qlimt" klubu ilə qarşılaşacaq.

"Qarabağ" - "Budyo Qlimt" görüşü ilə yanaşı daha doqquz matçında başlama saatı Bakı vaxtı ilə saat 21:45-dir.

Digər səkkiz oyun isə gecəyarısı start götürəcək.

Qeyd edək ki, UEFA Avropa Liqasında turun açılış oyununda "Beşiktaş" - "Malmö" ilə qarşılaşmışdı.

7 noyabr

UEFA Avropa Liqası

IV tur

Saat 21:45, "Qarabağ" - "Budyo Qlimt";

Saat 21:45, "Ayntraxt Frankfurt" - "Slavia Praqa";

Saat 21:45, "Elfsborq" - "Braqa";

Saat 21:45, FKSB - "Midtyulland";

Saat 21:45, "Qalatasaray" - "Tottenhem";

Saat 21:45, "Ludoqorets" - "Atletik Bilbao";

Saat 21:45, "Nitse" - "Tvente";

Saat 21:45, "Olimpiakos" - "Reyncers";

Saat 21:45, "Royal Union" - "Roma";

Saat 00:00, "Ayaks" - "Makkabi Təl-Əviv";

Saat 00:00, "AZ Alkmaar" - "Fənərbağça";

Saat 00:00, "Dinamo Kiyev" - "Ferentsvaroş";

Saat 00:00, "Hoffenhaym" - "Lion";

Saat 00:00, "Latsio" - "Porto";

Saat 00:00, "Mançester Yunayted" - PAOK;

Saat 00:00, "Viktoria Plzen" - "Real Soseydad";

Saat 00:00, RFŞ - "Anderlext".

Poliqon.info

Chosen
16
20
poliqon.info

10Sources