EN

UEFA Avropa Liqası: "Qarabağ" ilk qələbəsini qazanıb - YENİLƏNİB - 6

“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanıb.

"Report" xəbər verir ki, Ağdam təmsilçisi IV turun oyununda Norveçin "Budyo Qlimt" kollektivini 2:1 hesabı ilə üstələyib.

Bude şəhərindəki "Aspmira" stadionunda baş tutan görüşdə hesabı təmsilçimiz açıb. 23-cü dəqiqədə Toral Bayramov baxımlı zərbə ilə diqqət mərkəzinə düşüb. Bununla belə, meydan sahibləri fasiləyə qədər “status-kvo”nu bərpa ediblər. 41-ci dəqiqədə Patrik Berq bərabərlik qolunun müəllifi olub. “Köhlən atlar”ın qələbə qoluna isə Abdullah Zubir imza atıb. 59-cu dəqiqədə rəqib torunu silkələyən futbolçu “Qarabağ”a cari mövsüm Avropa Liqasında ilk qələbəni qazandırıb.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avropa Liqasında növbəti oyununu noyabrın 28-də Fransa təmsilçisi “Lion”a qarşı keçirəcək.

23:13

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyununda üçüncü qol vurulub.

"Report" xəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionunda Ağdam təmsilçisi yenidən hesabda önə çıxıb - 2:1.

59-cu dəqiqədə Abdullah Zubir fərqlənib.

22:50

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionunda davam edən matçda hesab bərabərdir- 1:1.

Qarşılaşmada hesabı Ağdam təmsilçisinin heyətində 22-ci dəqiqədə Toral Bayramov açıb. 41-ci dəqiqədə isə Patrik Berq bərabərlik qolunun müəllifi olub.

22:34

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.

"Report" xəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionundakı matçda hesab bərabərdir - 1:1.

Qarşılaşmada hesabı Ağdam təmsilçisinin heyətində 22-ci dəqiqədə Toral Bayramov açıb. 41-ci dəqiqədə isə Patrik Berq bərabərlik qolunun müəllifi olub.

22:28

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyununda hesab bərabərləşib.

"Report" xəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionunda meydan sahibləri "status-kvo"nu bərpa ediblər - 1:1.

41-ci dəqiqədə Patrik Berq bərabərlik qolunun müəllifi olub.

22:09

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyununda hesab açılıb.

"Report" xəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionunda Ağdam təmsilçisi hesabı açıb.

22-ci dəqiqədə Toral Bayramov baxımlı zərbə ilə adını tabloya yazdırıb.

21:45

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyunu start götürüb.

"Report" xəbər verir ki, qarşılaşma Bude şəhərindəki "Aspmira" stadionunda keçirilir.

Matçı portuqaliyalı baş hakim Luiş Qodinyu idarə edir.

Chosen
28
18
far.az

10Sources