EN

“Qarabağ” Azərbaycana Zəfər Günü qələbəsi ərməğan etdi - VİDEOLAR

"Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 4-cü tur matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, Ağdam klubu səfərdə Norveç "Bodo Qlimt"i ilə qarşılaşıb.

Görüş "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu "Qarabağ"ın yeni formatda keçirilən turnirdə ilk qələbəsi, "Bodo Qlimt"in isə ilk məğlubiyyəti olub.

Bu vacib qələbə ilə Qurban Qurbanovun komandası turnir cədvəlində sonuncu - 36-cı yerdən 29-cu pilləyə yüksəlib.

"Qarabağ" 1-ci turda "Tottenhem"ə (0:3), 2-ci turda "Malmö"yə (1:2), 3-cü turda isə "Ayaks"a (0:3) məğlub olub.

"Bodo Qlimt" əvvəlcə "Portu"nu üstələyib (3:2), 2-ci turda "Yunion"la heç-heçə edib (0:0), daha sonra isə "Braqa"ya qalib gəlib (2:1).

"Qarabağ" və Bodo Qlimt" tarixlərində ilk dəfə üz-üzə gəliblər.

Chosen
63
sportinfo.az

1Sources