EN

Argentinada otelin uçması nəticəsində ölənlərin sayı artıb

Argentinalı xilasedicilər kurort qəsəbəsi Vilya-Xeseldə otelin çökməsi nəticəsində itkin düşdüyü bildirilən sonuncu qızın meyitini tapıblar.

"Report"un məlumatına görə, bu barədə TN telekanalı xəbər yayıb.

Bununla da dağıntı qurbanlarının sayı 8-ə çatıb. Dağılan zaman oteldə daha çox adamın ola biləcəyi barədə məlumat yoxdur.

Genişmiqyaslı təmir işləri aparılan 10 mərtəbəli otel oktyabrın 29-na keçən gecə uçub. İki ay əvvəl şəhər rəhbərliyi otel sahiblərinə icazə verilməyən binada təmir işlərini dayandırmaq göstərişini verib.

Xilasedicilər dağıntıları təmizləyərkən qonşu binada yaşayan, həmçinin çökmə nəticəsində xəsarət alan turisti və bir pişiyi sağ-salamat tapmağa nail olublar.

Chosen
15
2
far.az

3Sources