EN

Şeyx dəvət göndərmədi, Qaregin“intiqam” qərarı verdi

Bakıda COP29 çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən ikigünlük dini liderlərin sammitinə bütün ermənilərin katolikosu II Qareginin dəvət edilməməsinin səbəbi öncədən bəlli idi. Hələ tədbir hazırlıqları davam edərkən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə demişdi ki, erməni katolikosun  görüşdə iştirakı Qarabağla bağlı mövqeyini dəyişəcəyi təqdirdə mümkün olacaq. Şeyx bildirmişdi ki, erməni kilsəsi Qarabağı Azərbaycan ərazisi kimi tanımaq istəməyən “revanşizmi təbliğ edir”. 

Erməni kilsəsi Bakının niyə dəvət göndərməməsi haqda mövqeyinə baxmayaraq bu barədə dezinformasiya yayırlar. Erməni katolikosu da Bakıdan “intiqam” almaq üçün  hərəkətə keçib. O, noyabr ayı boyunca dünya üzrə Erməni Apostol Kilsəsinin bütün yeparxiyalarında “Bakıda qanunsuz saxlanılan girovların azad edilməsi üçün dualar” edilməsi haqda qərar verib. Kilikiyanın Böyük Evinin katolikosu I Aram və Dünya Kilsələr Şurası da təşəbbüsə qoşulub. 

II Qaregin qeyd edib ki, bu dualar noyabrın 11-də Azərbaycanda keçiriləcək COP29 iqlim sammiti ərəfəsində “dünyanın diqqətini məhbuslar məsələsinə cəlb etməyə kömək edə bilər”. Bu, əslində “dua” adı altında Bakının əleyhinə qarayaxma kampaniyasının erməni kilsəsi vasitəsilə yayılması deməkdir. Erməni kilsəsi Bakıya dəvət edilməməsinin “intiqamını” bu cür almağa qərar verib.

Yada salaq ki, bu il mayın 4-də arxiyepiskop Baqrat Qalstanyan bütün ermənilərin katolikosu II Qareginin xeyir-duası ilə Tavuş vilayətindən İrəvana doğru yürüşə başlamışdı. Mayın 9-da Ermənistan paytaxtında etiraz aksiyaları zamanı erməni kilsəsinin nümayəndələri ölkənin müxtəlif bölgələrindən yürüşə qoşulmuşdu. Onlar Azərbaycanın işğal altında olan dörd kəndinin qaytarılmasını nəzərdə tutan sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə etiraz edirdilər.

Dini sahə üzrə mütəxəssis, araşdırmaçı jurnalist Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Erməni kilsəsinin təşəbbüsünü ancaq dini və mənəvi fəaliyyət kimi təqdim etmək mümkün deyil. Bu təşəbbüsün Bakının əleyhinə başladılmış daha geniş bir qarayaxma kampaniyasının tərkib hissəsi olduğu diqqətdən qaçmamalıdır. Katolikosun bu addımının həm də bir "intiqam" əlaməti olaraq görülməsi mümkündür. Bu cür dini təşəbbüslər əslində Azərbaycana qarşı təzyiq və ya qarayaxma məqsədi güdən strategiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər. Qarabağda törədilən insanlıq əleyhinə cinayətləri, Xocalıda günahsız insanların ermənilər tərəfindən soyqırıma məruz qalması faktını bilən din xadimi utanmadan bu təşəbbüslə çıxış edirsə, belə “din xadimləri”nin varlığı mənsub olduğu dinə də ləkədir. Erməni düşüncəsi işğalçılıq, terrora meyl etmək, kütləvi qırğın törətmək düşüncəsi üzərində qurulub. Bu toplumun “din xadimləri” də mənsub olduğu cəmiyyətdən heç nə ilə fərqlənmir. Onların din xadimi olmaları erməni xislətlərini dəyişdirməz". 

Rəsul Mirhəşimli əlavə edib ki, II Qareginin və digər erməni dini liderlərin çağırışı Azərbaycana qarşı bir növ mənəvi və beynəlxalq təzyiq yaratmağı hədəfləyir: “Xüsusilə COP29 kimi böyük beynəlxalq tədbirlər ərəfəsində, hər hansı bir belə təşəbbüs Azərbaycanın beynəlxalq imicinə zərər vurmağı hədəfləyən qlobal bir şəbəkə yaradılması məqsədini güdür. Xristianlıqda Hz.İsanın (ə) həyatına və təlimlərinə əsasən, yaxşılıq və sülhə dəvət edilərkən, hər bir insanın doğru yolda olmasının vacib olduğu vurğulanır. İşğalçılara dua etmək, bu dinin prinsiplərinə görə, onlara zülm və təcavüzü davam etdirmək üçün zəmin hazırlamaq anlamına gəlir.

Dinlərdə təcavüzkar və işğalçıların əməllərinə heç bir zaman bəraət verilmir. Qurani-Kərim və İncil işğal və zülmə qarşı qətiyyətli mövqe sərgiləyir. Əgər bir xalq və ya xalqın nümayəndələri digər bir millətə və ya topluma qarşı təcavüz edir, o zaman həmin təcavüzkarın cəzalandırılması və zülmün qarşısının alınması həm insanların haqqını müdafiə etmək, həm də dini əxlaqı qorumaq naminə vacibdir.

Erməni din adamlarının, xüsusilə Qarabağda törədilən vəhşilikləri və işğalçılıq fəaliyyətlərini dəstəkləyən “duaları”, həm dinin əxlaqına, həm də ədalətə qarşı bir təhrik kimi qiymətləndirilə bilər. Onlar dini təlimlərin insanlıq və ədalət üzərində qurulduğunu unudaraq, işğalçılığa və vandallığa haqq qazandırmağa çalışır. Bu, bütün dinlərin təməl prinsiplərinə ziddir. Dini təlimlər, heç bir halda təcavüzkarların cəzalandırılmasına qarşı deyil, əksinə, zalımların, işğalçıların və zorakılığa əl atanların cəzalandırılmasını tələb edir.

Qarabağda törədilən vandallıq və işğalçıların əməlləri yalnız hüquqi və siyasi baxımdan deyil, eyni zamanda dini baxımdan da böyük bir əxlaqi problemdir. Dinlər insanları sülhə, ədalətə və başqalarına hörmətə çağırır, ancaq işğalçılara dua etmək və onların əməllərini müdafiə etmək bu təlimlərin əsas prinsiplərinə ziddir".



Chosen
7
1
news24.az

2Sources