EN

Trampın dövründə Ağ Evin Aparatına ilk dəfə qadın rəhbərlik edəcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Ağ Evin Aparatının rəhbəri vəzifəsinə Susan Uaylsı təyin edəcəyini bildirib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "The Washington Post" yazır.
Qəzet qeyd edir ki, 67 yaşlı Uayls ABŞ tarixində bu vəzifəni tutan ilk qadın olacaq.
Susan Uayls Trampın 2024-cü il seçkisində qələbəsində əsas rol oynayıb və onun seçki kampaniyasına rəhbərlik edib. O, həmçinin 2016 və 2020-ci illərdə Trampın prezident seçkisi kampaniyasının komanda üzvü olub. Tramp öz bəyanatında Uaylsın töhfəsini yüksək qiymətləndirib və onun "Amerika tarixinin ən böyük siyasi qələbələrindən birini" qazanmasına kömək etdiyini qeyd edib.
Uaylsın təyinatı Trampın 5 noyabr seçkisində ən azı 277 seçici səsi (qələbə üçün 270 səs lazım idi) ilə qələbə qazandıqdan sonra ilk əsas qərarıdır. Trampın keçid komandası hazırda gələcək administrasiyada digər vəzifələr üçün namizədləri nəzərdən keçirir.
Qeyd edək ki, hazırkı dövlət başçısı Co Baydenin səlahiyyət müddəti 2025-ci il yanvarın 20-də başa çatacaq və həmin gün dördillik fasilədən sonra Ağ Evə qayıdacaq Donald Trampın andiçmə mərasimi keçiriləcək.
Chosen
77
50
oxu.az

10Sources