Qələbə Günü münasibətilə Xankəndi şəhərində yürüş keçirilir.
Şəhərdə xidmət edən N saylı hərbi hissənin şəxsi heyətinin iştirakı ilə keçirilən parad hərbi orkestrin müşayiəti ilə keçirilir.
Bayram yürüşündə rayon ictimaiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən gənclər və tələbələr də iştirak edirlər.
Zəfər yürüşü Xankəndi şəhərinin Qələbə meydanında başa çatacaq. Bakıvaxtı.az bayram yürüşündən kadrları təqdim edir: