EN

Dərini gözəlləşdirir, kəpək də azalır

Alma sirkəsinin həzm problemlərindən, dəri problemlərinə, kəpəyi azaltmaqdan ürək sağlamlığına qədər bir çox faydaları var.

Gundem.az qafqazinfo-ya istinadən xəbər verir ki, alma sirkəsi sağlamlıq üçün faydalı birləşmələri ehtiva edir.

Tərkibindəki maqnezium, kalium və vitaminlər səbəbindən immuniteti gücləndirir və bədənin turşu balansını tənzimləyir. Şəkər xəstəliyindən əziyyət çəkənlərin qan şəkərini stabilləşdirir.

Alma sirkəsi sinir sisteminə müsbət təsir edir, eləcə də maddələr mübadiləsini sürətləndirərək arıqlama prosesini dəstəkləyə bilər.

Alma sirkəsinin tərkibində antioksidan komponentlər var. Ürək sağlamlığına müsbət təsir göstərir. Alma sirkəsi su ilə birlikdə istehlak edildikdə mədə fermentlərini tənzimləyə bilər. Tərkibində C vitamini olduğu üçün bədənin müqavimətini artırır və xəstəliklərə tutulma riskini azaldır.

Alma sirkəsi bağırsaq sisteminin də fəaliyyətini yaxşılaşdırır. Tərkibində olan petkin maddəsi kimi tanınan liflər bağırsaqlarda olan spazmları aradan qaldırmaqla, həzmi sürətləndirir, ishalı müalicə edir. 

Alma sirkəsi ağız qoxusunun və diş çürüməsinin müalicəsində istifadə edilə bilər. İlıq və ya otaq temperaturunda alma sirkəsini su ilə qarışdıraraq qarqara edə bilərsiniz. Dişləri təmizləməyə və ağartmağa kömək edə və diş çürüməsi ağrısını aradan qaldıra bilər.

Bundan əlavə, alma sirkəsi baş dərisini canlandırmağa və saçlara parlaqlıq verməyə kömək edir. Dəridəki ölü hüceyrələri təmizləyir. Üzdən artıq yağın çıxarılmasında faydalıdır. Antibakterial xüsusiyyətləri ilə sızanaqların əmələ gəlməsinin qarşısını ala bilir. Üzünüzü su ilə qarışdırılmış alma sirkəsi ilə sildiyiniz zaman dərini ölü hüceyrələrdən xilas edə bilərsiniz.

Alam sirkəsi bədəndəki zərərli bakteriyaları təmizləməyə kömək edir. Bədəni toksinlərdən təmizləyir. Bundan əlavə, alma sirkəsi təbii dezinfeksiyaedici olduğundan qida vasitəsilə əldə edilən bakteriyaları da məhv edə bilər.

Alma sirkəsi təhlükəsiz miqdarda istifadə edildikdə sağlamlığa faydalı təsir göstərir. Lakin həddindən artıq istifadəsi bəzi yan təsirlərə səbəb ola bilər. Buna görə sirkəni gündəlik tövsiyə olunan miqdarda istehlak etmək vacibdir. Alma sirkəsi istehlakı üçün gündəlik tövsiyə olunan miqdar 15-30 ml-dir.

Alma sirkəsini tək, yəni birbaşa içmək məsləhət görülmür, çünki mədədə və dişlərdə narahatlıq yarada bilər. Alma sirkəsi içmək istəyirsinizsə, 1 stəkan suya 1 və ya 2 çay qaşığı əlavə edib qarışdırın. Bəzi insanlarda bulantı və həzm pozğunluğuna səbəb ola bilər. Alma sirkəsini xüsusilə acqarına içmək məsləhət görülmür.

Həmçinin alma sirkəsi sousların və salatların hazırlanmasında geniş istifadə olunur.

Alma sirkəsi:

1. Çəki nəzarətində kömək edir.

2. Qan şəkərini tənzimləyir.

3. Antibakterialdır.

4. Qan təzyiqini tənzimləyir.

5. Həzm sistemini dəstəkləyir.

6. Antioksidant xüsusiyyətlərə malikdir.

7. İmmunitet sistemini dəstəkləyir.

8. Xolesterin səviyyələrini tənzimləyir.

9. Dəri problemlərinə faydalıdır.

10. Saçdakı kəpəyi azalda bilər.

Chosen
6
7
gundem.az

8Sources