EN

İlon Musk "Tesla" markalı ağıllı telefonla bağlı açıqlama verdi

"Tesla"nın baş icraçı direktoru İlon Musk, şirkətin hazırda öz telefonunu istehsal etməyi planlaşdırmadığını, lakin "Apple" və "Google" "pis" addımlar atdığı halda bu fikri dəyərləndirə biləcəklərini bildirib.

Valyuta.Az xəbər verir ki, İlon Musk, Co Roqan ilə etdiyi bir podkast yayımında "Tesla"nın uzun müddətdir gündəmdə olan ağıllı telefon layihəsi haqqında danışıb.

Musk, "Tesla"nın hazırda bir telefon istehsal etmək niyyətində olmadığını, ancaq  "Apple" və "Google" "pis" davranışlar sərgiləyərsə, bu ehtimala yenidən baxa biləcəklərini vurğulayıb.

"Pis" davranışlar nə deməkdir

Musk, "pis" davranışlardan nəyi nəzərdə tutduğunu tam açıqlamayıb. Lakin bu ifadənin "Apple" və "Google"un istifadəçi məxfiliyini pozması, senzura tətbiq etməsi və ya rəqabəti əngəlləməsi kimi halları əhatə etdiyi düşünülür.

"Tesla" telefonu ilə bağlı şayiələr yeni deyil

"Tesla"nın öz telefonunu istehsal edəcəyi ilə bağlı şayiələr uzun zamandır yayılmaqdadır. Hətta bu telefon üçün müxtəlif konsept dizaynlar da ortaya çıxıb.

Ancaq "Tesla" bu iddiaları heç vaxt təsdiqləməyib və konkret bir layihə üzərində işləmədiyini qeyd edib.

İlon Musk, "Apple"ın "iPhone" üçün "OpenAI" ilə əməkdaşlıqda təqdim etdiyi "ChatGPT" funksiyalarından narazı olduğunu da ifadə edib.

Musk, bu əməkdaşlığın "qorxuducu cəsus proqramı" yaratdığına inanır və bu səbəbdən bütün "Apple" cihazlarının "Tesla" şirkətində qadağan edilə biləcəyini bildirib.

Rəhim

Chosen
6
valyuta.az

1Sources