EN

Türkiyə Xarici İşlər və Milli Müdafiə nazirlikləri Azərbaycan xalqının Zəfər Gününü təbrik edib

Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib.

APA-nın məlumatına görə, bu barədə qurumun “X” hesabında paylaşım olunub.

“Can Azərbaycanın əzəli torpağı olan Qarabağın azadlığının dördüncü ildönümünü ürəkdən təbrik edir, bu yolda şəhid olan qəhrəman şəhidlərimizi və qazilərimizi şükranla yad edirik” – deyə, paylaşımda bildirilib.

Adıçəkilən ölkənin Milli Müdafiə Nazirliyi də xalqımızın Zəfər Gününü “X” hesabı vasitəsilə təbrik edib.

Azərbaycanın Dövlət Himinin sözləri ilə başlayan təbrik mesajında deyilir:

“Qarabağda qəhrəmanlıq mübarizəsi ilə torpaqlarını işğaldan azad edən və Türkün gücünü bütün dünyaya göstərən cəsur Azərbaycan Türkü qardaşlarımızın 8 Noyabr Zəfər Gününü təbrik edirik. Türkiyə və Azərbaycan əbədi olaraq bir millət, iki dövlət olaraq bərbabər olmağa davam edəcək”.

Türkiyə
Chosen
158
4
apa.az

10Sources