EN

İkardidən gözlənilməz qərar

Mauro İkardi və Vanda Nara son vaxtlar jurnalların gündəmində ən çox danışılan cütlük olub.

Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, Nara sosial media hesabında canlı yayımda yeni sevgilisi L-Gante ilə öpüşdükdən sonra bu dəfə İkardi tərəfdən gözlənilməz bir hərəkət gəlib.

“Qalatasaray”ın ulduzu Mauro İkardi yenidən birlikdə olduğu həyat yoldaşı Wanda Naradan gözlənilməz zərbə alıb.

Nara aylar əvvəl adı sevgi dedi-qodularında hallanan L-Gante ilə yenidən bir araya gəlmişdi. Hadisələrdən sonra İkardi sosial media hesabında Vanda Naranı təqib etməyi dayandırıb.

L-Gante ilə açdığı canlı yayımda dodaq-dodaq görüntülənən Vanda Nara reaksiyalardan sonra bu açıqlamanı verdi: “Mən ayrıyam və istədiyim adamla olmaqda azadam. Maddi cəhətdən övladlarıma təkbaşına baxıram. Ailə şəklinə görə bədbəxt münasibətdə qalmayacağam”.

Bütün bu hadisələr günlərdir gündəmdə olsa da, Argentina mətbuatında tamamilə fərqli bir iddia ortaya çıxıb. Xəbərdə qeyd olunub ki, İkardi artıq keçmiş sevgilisini unudub və gözü başqa, türk qızdadır. İkardi bu qadına tam aşiq olub.

Bu iddialardan sonra Mauro İkardi sosial media hesabından Simge Sağını izləyib . Müğənni bu hərəkətə cavab olaraq məşhur futbolçunun arxasınca gedib və onun son paylaşımını bəyənib.

Ceyran

 

 

Chosen
40
tribunainfo.az

1Sources