EN

“Qarabağ” “Bodo/Qlimt”ə səfərdə qalib gəlib

Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Qarabağ” bu gün Liqa mərhələsində dördüncü oyununa çıxıb. Komanda Bododa Norveçin “Bodo/Qlimt” kollektivinin qonağı olub.
“Aspmyra” stadionunda keçirilən görüş Ağdam komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Təmsilçimizin heyətində qolları 22-ci dəqiqədə Toral Bayramov və 69-cu dəqiqədə Abdullah Zubir vurub. Bu qalibiyyət sayəsində “Qarabağ” Liqa mərhələsində ilk xallarını qazanıb.
Qeyd edək ki, “Qarabağ” növbəti oyununu noyabrın 28-də Bakıda Fransanın “Lion” klubuna qarşı keçirəcək.
Chosen
51
affa.az

1Sources