EN

Türkiyənin MN Azərbaycanın 8 Noyabr - Zəfər Gününü təbrik edib

Türkiyənin Milli Müdafiə Nazirliyi (MN) Azərbaycanı 8 noyabr - Zəfər günü münasibətilə təbrik edib. Missiya.Az xəbər verir ki, bu barədə nazirliyin sosial media hesabında paylaşım olunub.Türkiyə və Azərbaycan bayraqlarının əks olunduğu paylaşımda Azərbaycan Dövlət Himnindən bir misra da yer alıb.“Qarabağda qəhrəmancasına mübarizə apararaq öz torpaqlarını işğaldan xilas etmiş, türkün gücünü bütün dünyaya göstərən soylu Azərbaycan türk qardaşlarımızın 8 Noyabr - Zəfər Bayramını təbrik edirik. Türkiyə və Azərbaycan sonsuza qədər bir millət, iki dövlət kimi birlikdə olmağa davam edəcək", - paylaşımda vurğulanıb.

Zərintac MayisqızıMissiya.Az

Chosen
54
4
missiya.az

10Sources