EN

"Trampın müharibəni bitirməsi üçün 95% şansı var" - "The Guardian"

ABŞ-dəki prezident seçkilərində qalib gələn Donald Trampın Ukraynanı Rusiya ilə sülh müqaviləsi bağlamağa daşıması ehtimalı 90-95% təşkil edir. Bu fikri britaniyalı tarixçi və The Guardian qəzetinin köşə yazarı Timoti Qarton Eş bildirib.

O, məqaləsində yazır ki, ABŞ-nin 47-ci prezidentinin Rusiya prezidenti Vladimir Putini sülh sazişinə sövq etmək üçün Ukraynaya dəstəyi artırması ehtimalı 5-10% arasındadır. Bununla bağlı Trampın bəzi tərəfdarları, məsələn, keçmiş dövlət katibi Mayk Pompeo da çağırışlar ediblər.

"Amma 90% və ya 95% şans var ki, o, dəfələrlə dediklərini tam yerinə yetirərək və Ukrayna məsələsində nizamlanma tətbiq edib müharibəni bitirməyə çalışacaq", - Eş deyib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Chosen
20
news365.az

1Sources